DİLİMİN ADI DA YALNIZ TÜRKTÜR, TÜRK!

Azerbaycan'da dil tartışmaları hız kesmeden devam ediyor. Halk Cephesi Gazetesi'nin baş yazarı Elçin Mirzabeyoğlu'nun Azerbaycan ve Türkiye Türkçesini aynı dil kabul etmeyenlere...
soykökleri aynı olan millet arasında nifak tohumları ekmeye, bir sözle dil ve millet

Elçin Mirzabeylibölücülüğü yapanlara şiirle verdiği cevap:
Kim tutub mayasın bu sifarişin,Bu "dil" savaşını kim salıb işə?Görən yetmədimi dərsi keçmişin,Nə vaxt səngiyəcək bu "münaqişə"?
Yenə ortalıqda meydan sulayırQardaşı qardaşdan ayrı tutanlar.Kimin qarşısında quyruq bulayırFitnə yaradanlar, ara qatanlar?
Açılıb qapısı fitnəbazların,Yatan iştahlar da ayılıb yenə.Ucalır sədası yad avazların,Yırtılır niqablar, boşalır sinə:
"Yox, bu Azərbaycan, o türk dilidir,Fərqlidir, ayrıdır", - deyir bir "qoçaq".Dodağı üstündə özgə kilidi...Açıblar - danışır, yenə susacaq.
Yenə cıdırdadır özgə atları...Bəlli simaları, bəlli zatları...Kişnəyir "köhlənlər" ana dilindəFəqət yüyənləri özgə əlində...
***
Dilimin adını kim verib görən?Onun "Ol" dediyi andanmı gəlir?Tarixə sığmayan tarix yaradanFatehlər doğuran qandanmı gəlir?Şumerdənmi gəlir?Hundanmı gəlir?
Dilimin adını kim verə bilər?Sönmüş ocaqlara od verən mənəm!Qitədən qitəyə axan çaylara,Yurdlara, ellərə ad verən mənəm!
Dilimin adını kim verə bilər!Kimdir bu cəsarət yiyəsi, Allah!Ruhum varlığını dünyadan silər,Kəsər sözlərimin "tiyəsi", Allah!
Dilimin adını kim verə bilər?Adım da, sözüm də Tanrıdan gəlir,Kimsənin önündə, Tanrıdan özgə,Yenməyən dizim də Tanrıdan gəlir!
Başımın üstündən göy çəkilməmiş,Ayağım altından Yer qaçmayınca...Kimliyim, varlığım, ruhum, vücudumSoyuq məzarlara yol açmayınca...
Şəhid qanı kimi son damla qanımVətən torpağına hopana qədər.Bilin!Yürüdükcə ərzin zamanı,Dünya məhvərindən qopana qədərDilimin adı da yalnız Türkdür, Türk!Amalım dünyanın özündən böyük!
Bir anda dilimə neçə ad gəlirAltaydan Təbrizə... Bu yurd mənimdi!Nədən Türkün sözü Türkə yad gəlir,Nədən Türkün sözü Türkə qənimdi?
...Kəhər atlarımın dırnaqlarındanQopan daşlar belə türkcə danışır.O mavi səmanın ənginliyindənUçan quşlar belə türkcə danışır.
Əlçatmaz zirvələr, keçilməz dağlar,Yaxınlar, uzaqlar türkcə danışır.Kükrəyən dənizlər, sısqa bulaqlar,Çiçəklər, yarpaqlar türkcə danışır,Türk varan torpaqlar türkcə danışır!
Yarıb neçə-neçə qaranlıqları -Ruhundan yol alan bir gündüzü var.Fəth edib əlçatmaz ucalıqları!Hər yerdə, hər yerdə Türkün sözü var.
***
Kim tutub mayasın bu sifarişin,Kim salır ortaya ayrılıq yenə?Qaniçən iştahlar qıcayıb dişinQılınc saplamağa Türkün sözünə.
Mayası yadlardan tutulanlaraTürkün birliyimi göz dağı olub?!Qoy ruhu qısırlar eşitsin yenəİstər Azərbaycan, istər Türkiyə,Qitədən qitəyə Turan elləriHər zaman türklərin torpağı olub!
Sözünü geri çək, Sözümü dinlə! Sən mənim dilimi bölə bilməzsən!Tanrı bir yaradıb Türk millətiniTanrı yazdığını silə bilməzsən!
Şirin layla səsi, telli saz səsi,Qolça qopuz səsi - Türkün dilidir!Haqqa əsgər olan Uca MillətinƏbədi nəğməsi - Türkün dilidir!
Gah həzin, axıcı... bir bulaq kimi,Gah alov püskürər gur ocaq kimi...Dillər arasında durub dağ kimi!Dillərin zirvəsi - Türkün dilidir!
Hər sözü İlahi -Cana can gəlir,Hər sözün içində bir ümman gəlir...Ruhu göydən gəlir, səmadan gəlirTanrı möcüzəsi - Türkün dilidir.

Hiç yorum yok:

Yorum Gönder

Not:Eğer bu bloğa üyeliğiniz yoksa,aşağıda yorumlama biçiminden anonimi seçerek yorumunuzu bırakabilirsiniz.