TÜRK TARİHİNİN KARA SAYFASI, TÜRKMENÇAY ANTLAŞMASI






Rusya ve İran arasında imzalanan ve Azerbaycan'ı Kuzey ve Güney olarak ikiye bölen, Türk tarihinin en hazin antlaşmalarından biri olan Türkmençay antlaşmasının üzerinden tam 181 yıl geçti...
"Türkmənçayda böyük bir ləkə var, o ləkə Azərbaycanı iki yerə parçalayıb. Ona görə də Allah bu kəndi qarğıyıb" Tarix boyunca Azərbaycanın başına gələn faciələrin sayını artıq unutmuşuq. Amma sözün əsl mənasında bir millət olaraq mövcudluğumuzu təsdiq etmək istəyiriksə, o zaman faciələrimizi bilməli və dərs almalıyıq. Faciəsini unudan millət var olmur. Türklərin tarix boyunca faciələrlə üz-üzə qalması digər tərəfdən də zaman-zaman dünyanın türkü sevməməsilə bağlıdır. Azərbaycanın başına gələn faciələr bütün Türk Dünyasının faciəsi hesab olunmalıdır. 1813-1828-ci illərdə Azərbaycan dövlətinin ərazisi 410 min kv. km olub. "Türkmənçay" müqaviləsi ilə Azərbaycanımızın Arazın güneyindəki 210 min kv. km. ərazisi İrana, 130 min kv.km. ərzisi isə Rusiyaya qatıldı. Türkmənçay müqaviləsi Azərbaycan Türklərinin vahid tarixi torpaqlarının parçalanması demək oldu. Həmin ədalətsiz bağlaşmadan sonra indi də özümüzə gələ bilmirik. Azərbaycan tarixinin ən kədərli səhifələrindən biri 1828-ci il fevralın 9-dan 10-na keçən gecə Rusiya və İran arasında imzalanmış, Azərbaycanın iki yerə bölünməsini qəti şəkildə rəsmiləşdirən Türkmənçay müqaviləsidir. Əslində bu, bir xalqın ruhuna, mənliyinə edilən amansız təcavüz, yırtıcılıq idi. Artıq həmin tarixdən 181 illik zaman keçsə də, yenə paralanmış, parçalanmış vəziyyətdəyik. Bu müddət ərzində türk xalqlarını başına çoxlu fəlakətlər gəldi. Nə qədər ki, Bütöv Azərbaycan yoxdur, mahiyyətcə türk dünyasını xilası da olmayacaq. Zənnimizcə, türk xaqları bunu gözəl anlamalıdırlar. Əlbəttə, burada ilk növbədə özümüz məsuliyyətimizi anlamalıyıq. Əgər bu gün Azərbaycanın hər bir vətəndaşı, ilk növbədə isə türklər xalqımızı iki yerə bölən "Gülüstan" və "Türkmənçay" fəlakətləri ilə bağlı ətraflı bilgiyə, eləcə də bundan çıxan məntiqi nəticəyə malik deyillərsə, o zaman itirdiklərimizin miqyası, mənəvi fəlakətlərimizin sayı daha da artacaq. Görəsən, bu gün Türkmənçay fəlakətilə bağlı hansı məqamları bilməyimiz, nəticə çıxarmağımız zəruridir? AMEA-nın Tarix İnstitutunun əməkdaşı Vaqif Abışov Türkmənçay faciəsinin yaranması səbəbləri barədə danışaraq deyir ki, hələ də bu faciədən bir millət olaraq dərs almamışıq:" O zaman Azərbaycanda mərkəzləşmiş dövlət yox idi. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət idi. İstər Quzey, istərsə də Güney Azərbaycanda vəziyyət bu cür idi. Rusiya hələ 19-cu əsrin əvvəllərindən başlayaraq artıq Azərbaycanda, ümumən Qafqazda vəziyyəti xeyrinə dəyişdirmək yönündə daha güclü cəhdlərə başlamışdı. Gülüstan müqaviləsindən qabaq Qarabağ xanlığı ilə Kürəkçay müqaviləsi, eləcə də Şəki, həmçinin Şamaxı xanlıqları ilə müqavilələr imzalanmışdı. Ümumən götürəndə Rusiya 1-ci Pyotrun vaxtından başlayaraq Azərbaycana müdaxilələr edirdi. Rusiya daim öz siyasətini həyata keçirməkdə ermənilərdən məharətlə yararlanırdı. Qaldı ki, İrana, o zaman İranda Qacarlar hakimiyyətdə idi; İran Rusiya imperiyasının bu ərazilərdə möhkəmlənməsini qəti şəkildə istəmirdi. Azərbaycanı hər iki ölkə özünün əyalətinə çevirmək istəyirdi. Bu səbəbdən də İranla Rusiya qarşı-qarşıya gəldilər". Məlumdur ki, bu zaman Rusiya artıq bir əsrə yaxın idi ki, özünün rəsmi imperiya həyatını yaşayırdı. 1721-ci ildə 1-ci Pyotr Rusiyanı imperiya elan etmişdi. Bu müddət ərzində Rusiya əməlli-başlı möhkəmlənmişdi: "Artıq Rusiya həm siyasi, həm də iqtisadi cəhətdən güclü şəkildə inkişaf etmiş bir dövlət idi. İran isə həmin dövrdə geridə qalmış feodal döləti idi, hərbi cəhətdən o qədər də güclü deyildi. Bu səbəbdən də 1826-1828-ci illərdə baş vermiş Rusiya-İran müharibəsi Rusiya imperiyasının qələbəsilə nəticələndi. Azərbaycan Türkmənçay adlı müqavilə ilə iki yerə, yəni İranla Rusiya arasında bölündü. "Türkmənçay" müqaviləsinin imzalandığı Türkmənçay kəndi Təbrizlə Tehranın arasında, Tehrana gedən yolun üstündə yerləşir. Həmin kəndin adət-ənənəsi, tarixi, yaşam tərzi sırf Azərbaycan türklərinin həyat tərzindən xəbər verir. Türkmənçay kəndində yaşayanların hamısı Azərbaycan Türkləridir. Nə qədər kədərli olsa da, bir xalqın iki yerə parçalanmasının rəmzi kimi bu gün Türkmənçay kəndinin adı 200 ilə yaxındır ki, türklərin ağlından, ruhundan silinmir. Hətta 1979-cu ildə İranda Türkmənçay kəndi ilə bağlı kitab da çap olunmuşdu. Maraqlıdır ki, həmin kəndin adət-ənənəsi, yaşam tərzi, tarixi ilə bağlı məlumatlarla yanaşı, həmçinin Türkmənçay müqaviləsi haqqında da məlumat verilirdi.

Hiç yorum yok:

Yorum Gönder

Not:Eğer bu bloğa üyeliğiniz yoksa,aşağıda yorumlama biçiminden anonimi seçerek yorumunuzu bırakabilirsiniz.